"Tikinti şirkətlərinin təmirsiz mənzil satışına icazə verilməməlidir". 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri təmirsiz ev satışı ilə bağlı vəziyyəti şərh edən deputat Naqif Həmzəyev deyib.

 

 

Onun sözlərinə görə, təmirsiz ev satışı məqsədəuyğun deyil və tikinti ilə bağlı problemləri daha da artırır:

"Evi təmirsiz alan sakin layihədə göstərilməyən müxtəlif dəyişikliklər edir və nəticə etibarilə gələcəkdə çox ciddi qanun pozuntuları aşkarlanır. Aidiyyatı qurumların sonradan müdaxilə etməsi isə artıq gec olur. Bu baxımdan təmirsiz evlərin satışı qadağan olunmalıdır. Ev sahibi olan sakinə tikinti işində dəyişiklik etmək üçün heç bir hüquq verilməməlidir. Bundan başqa, tikinti şirkətləri zəlzələyə davamlı binalar tikməlidir. Tikinti şirkətləri məhz pul qazanmaq naminə vətəndaşları çətin vəziyyətə salmamalıdır". 

Gülşən Şərif