İyulun 7-də saat 05:49 radələrində hamiləliyin 24-cü həftəsində olan 1995-ci il təvəllüdlü Lənkəran rayon Kərgəlan kənd sakini Qurbanzadə Aygün İlham qızı vaxtından əvvəl doğuş təhlükəsi, ciftin vaxtından əvvəl hissəvi ayrılması, kəskin qanaxmanın başlanması diaqnozu ilə Lənkəran Regional Perinatal Mərkəzinə yerləşdirilib.

 İqtisadiyyat.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, reanimasyon və cərrahi tədbirlərə baxmayaraq ana və körpənin həyatını xilas etmək mümkün olmayıb. Hazırda baş verən ölüm hadisəsi ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırılma aparılır.