Tatarıstan Dövlət Şurasının bir qrup deputatı çərşənbə günü respublika parlamentinə regionun Konstitusiyasına başqa məsələlərlə yanaşı, ən yüksək vəzifəli şəxsin adının dəyişdirilməsini nəzərdə tutan düzəliş layihəsini təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, dəyişiklikdə “Tatarıstan Respublikasının Prezidenti” sözləri “Tatarıstan Respublikasının başçısı” sözləri ilə əvəz edilməsi nəzərdə tutulub.