Şuşa şəhərinə mövsümün ilk qarı yağır. 

İqtisadiyyat.az xəbər verir ki, axşam saatlarından başlayan qar yağışı davam edir. 

Hazırda rayon ərazisində soyuq hava şəraiti hökm sürür. 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir. 

Bu gün Gədəbəy, Daşkəsən, Göygöl, Xaçmaz, Xaltan, Şahdağ, Sarıbaş (Qax), Quba, Qusar, Zaqatala rayonunun dağlıq ərazilərində (Əlibəydə) qar yağıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.