Fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələ nəticəsində Suriyada ölənlərin sayı 8 min 500 nəfəri ötüb.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı BMT məlumat verib. Məlumatda bildirilir ki,  “Həyat Təhrir əl-Şam” qruplaşması humanitar yardımların müəyyən bölgələrə çatdırılmasına mane olur, buna görə də, Suriyada hökümət nəzarətində olmayan ərazilərə yardım çatdırmaq olmurş

Eyni zamanda ABŞ Türkiyə ilə sərhədyanı ərazilərdə zəlzələdən zərər görən suriyalılara yardım məqsədilə mərkəzlər yaradıb.