"Sumqayıt" FK-nın qızlardan ibarət komandası AFFA-nın təşkilatçılığı ilə keçirilən Yüksək Qızlar Liqasında çempionluğu sona bir tur qalmış təmin edib.

İqtisadiyyat.az xəbər verir ki, bu münasibətlə ötən gün baş tutan "Sumqayıt" - "Səbail" qarşılaşmasından öncə klub rəhbərliyi qızlarımızı təbrik edib. Qeyd edək ki, "Sumqayıt" FK Yüksək Qızlar Liqasının son turunda mayın 13-də 8 №-li İOEUGİM kollektivi ilə qarşılaşacaq.