Rusiyadan buğda və meslin (buğda və çovdar qarışığı) ixracına görə rüsum oktyabrın 9-dan bir ton üçün 1328,3 rubla yüksəldiləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın kənd təsərrüfatı nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hazırda Rusiyadan buğdanın ixrac rüsumu 1246 rubldur.

Eyni zamanda, arpa üçün rüsum 190,8 rubldan 229,5 rubla artacaq, qarğıdalı üçün rüsum isə 2 min 786,2 rubldan 2 min 696,7 rubla qədər azalacaq.

 

Gözəl Həşimova