Yaxın Şərqdə gərginliyin artmasının əsas ixracatçı regionda hasilata təsir göstərə biləcəyinə dair narahatlıqlar fonunda neft qiymətləri artıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 7 sent və ya 0,1% bahalaşaraq 71,77 dollar olub.

"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 8 sent və ya 0,12% artaraq 68,25 dollar olub.

 

Gözəl Həşimova