İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər" ASC-nin Balaxanı Sənaye Parkında qeydiyyatdan keçən residentlərin sayı 27-yə çatıb.

İqtisadiyyat.az nazirliyə istinadən xəbər verir ki, son olaraq daha iki rezident qeydiyyatdan keçib.

Bildirilir ki, “Aral Pack” MMC alüminium folqa qapaqları, “Baku Klişecilik və qrafik LTD ŞTİ” MMC isə müasir qrafik dizayn əsaslı çap qəlibləri istehsal edəcək.

İstehsal prosesində ətraf mühitin mühafizəsinə və tullantıların azalmasına xidmət edəcək yeni müəssisələr təkrar emal fəaliyyətləri ilə «yaşıl iqtisadiyyat”a töhfə verəcək və yeni iş yerlərinin açılmasına imkan yaradacaq.