İran İsrailin mümkün zərbəsinə hazırlıq üçün Rusiyadan peyk kəşfiyyatının aparılmasına köməklik göstərməsini istəyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb. 

Oktyabrın 1-də İranın İsrailə 200 raket atmasından sonra Tələ-Əviv İslam Respublikasının nüvə sənayesi və neft obyektlərinə zərbə endirmək variantını nəzərdən keçirir. 

Rusiyaya müraciət də məhz bu obyektlərə hücumun təşkil edilməsi barədə əvvəlcədən məlumatlar almaq məqsədi daşıyır. 

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi açıqlayıb ki, İsrail Tehrana qarşı hər hansı cavab zərbəsi endirərsə, növbəti hücum gecikməyəcək.