Sumqayıt şəhərində 64 yaşlı kişi itkin düşüb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Şəhər sakini, 1959-cu il təvəllüdlü Hüseynov Biləndər Qələndər oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı polisə məlumat verilib.