Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Ağstafa şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Sprinter" markalı mikroavtobusla "VAZ 2106" markalı minik avtomobili toqquşub.

Qəza zamanı 4 nəfər xəsasarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.//APA