Mövsümün ikinci yarısına hazırlıqlarını davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxacaq.

İqtisadiyyat.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Rumıniya təmsilçisi “Hermanştadt” ilə qarşılaşacaq. Görüşə saat 17:00-da start veriləcək.

“Sumqayıt” 16 yanvarda Özbəkistanın “Soqdiana” komandası ilə üz-üzə gələcək.