"Sumqayıt”ın Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra keçirəcəyi ilk oyun bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, komanda Premyer Liqanın 21-ci turunda “Neftçi”ni bu arenada qəbul edəcək. Bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Fevralın 4-də keçiriləcək qarşılaşma saat 15:00-da start götürəcək.

3 fevral (şənbə)

“Səbail” – “Qarabağ”

“ASCO Arena”, 15:00

“Sabah” – “Turan Tovuz”

“Bank Respublika Arena”, 17:30

4 fevral (bazar)

“Sumqayıt” – “Neftçi”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00

“Qəbələ” – “Zirə”

Qəbələ şəhər stadionu, 17:30

5 fevral (bazar ertəsi)

“Kəpəz” – “Araz-Naxçıvan”

Qəbələ şəhər stadionu, 15:00