Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulub.
İqtisadiyyat.az xəbər verir ki, turun son matçı avrokuboklara iddialı “Sumqayıt”la “Səbail” arasında baş tutub.
Bu oyunda da meydan sahibləri qələbəyə seviniblər.
Daha öncə “Neftçi” “Kəpəz”ə (5:1), “Turan Tovuz” “Araz-Naxçıvan”a (1:0), “Qarabağ” “Zirə”yə (1:0), “Qəbələ” isə “Sabah”a (2:0) qalib gəlib.
Azərbaycan Premyer Liqası
34-cü tur
12 may
“Sumqayıt” – “Səbail” 2:1
Qollar: Kazimir Ninqa, 41-pen – Aleksandr Ramalinqom, 90+4