UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” qarşılaşmasının hakim təyinatları açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, görüşü Albaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Florian Lata, köməkçi hakimlər Xulio Mani və Reydi Zaimi olacaq. Dördüncü hakim funksiyasını isə Kreşnik Çyapi yerinə yetirəcək.

Qeyd edək ki, “Sumqayıt” – “Fehervar” qarşılaşması 25 iyul saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.a