Qərb ABŞ-nin Ukraynaya verdiyi hərbi yardımı əvəz edə bilməz. 

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan deyib.

"Bu boşluğu bizim müttəfiqlərimiz və tərəfdaşlarımız tam doldura bilməz, biz reallıqla üzləşməliyik", - diplomat əlavə edib.