NATO-nun baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti qeyri-rəsmi olaraq daha bir il uzadılıb.

Bu barədə "Welt am Sonntag" nəşri yazıb. 

Bildirilib ki, 35 ölkə bununla bağlı razılığa gəlib. Qeyd olunub ki, Stoltenberq xüsusilə Ukraynadakı müharibə fonunda NATO üçün önəm daşıyan nailiyyətlər əldə edib.

Nəşrin mənbələri Stoltenberqin postda saxlanmasının alyansa çətin anlarda sabitlik gətirəcəyini deyib. Buna baxmayaraq, baş katibin sözçüsü onun bu ilin payızında vəzifəsini tərk etməyə hazırlaşdığı barədə məlumat verib.

Qeyd edək ki, Stoltenberq 9 ilə yaxındır NATO-nun baş katibidir.