"ABŞ-nin Ukraynaya yardımının gecikməsi artıq ümumi yardım axınına təsir edib və bu, Avropa ölkələrindən və Kanadadan Ukraynaya göndərilən təchizatların artmasına gətirib çıxarıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

"Əlbəttə, ABŞ-nin bu günə qədər həll yoluna gələ bilməməsi faktının ümumi yardım axını üçün nəticələri var. Bu, müəyyən dərəcədə Avropa, NATO müttəfiqləri və Kanadanın artan yardımı ilə kompensasiya olunur. Ukrayna NATO-nun ən böyük ölkəsidir və buna görə də mən ümid edirəm ki, Birləşmiş Ştatlar mümkün qədər tez qərar verə biləcək", - Stoltenberq əlavə edib.