ABŞ-dakı Starbucks qəhvə zəncirinin işçiləri filialları birləşdirmək səyləri çərçivəsində bu gündən etibarən 3 günlük tətil edəcəklərini açıqlayıblar.


İqtisadiyyat.az xəbər verir ki, Ümumdünya enerji böhranı səbəbindən inflyasiya artdıqca, qlobal qəhvə zəncirinin işçiləri son bir ayda ikinci böyük tətilə başlayacaqlar.


Tətili təşkil edən Starbucks Workers United qrupunun verdiyi açıqlamada 100 filialda mindən çox baristanın işini tərk etməyi planlaşdırdığı bildirilib.


Bildirilib ki, sözügedən tətil Starbucks işçilərinin bir ildir səsləndirdiyi həmkarlar ittifaqı tələbi çərçivəsində ən uzunmüddətli tətil olacaq.