“Standard & Poors” beynəlxalq reytinq agentliyi Qazaxıstanın suveren kredit reytinqini “BBB-/A-3” səviyyəsində, proqnozunu isə stabil olaraq təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Agentlik yaxın üç ildə ölkə iqtisadiyyatının 4% səviyyəsində artımını proqnozlaşdırır. Məlumata görə, Qazaxıstanın reytinqini dəstəkləyən əsas amillər ölkənin güclü fiskal və xarici balans hesabatlarıdır. Eyni zamanda, ölkənin xalis dövlət borcu aşağı səviyyədədir.

Bildirilib ki, dövlət gəlirlərinin artımı vergi siyasəti ilə dəstəklənəcək.

 

Gözəl Həşimova