2015-ci ilin əvvəlində Azərbaycanda 45 bank mövcud olub. 2020-ci ilin avqustunda bu bankların sayı 26-ya enib. Hazırda isə Azərbaycanda fəaliyyət göstərən bankarın sayı 23-ə enib.

İqtisadiyyat.az xəbər verir ki, ləğv prosesi yalnız xırda bankları yox, həm də kifayət qədər böyük və məşhur bankları da əhatə edib.

Son səkkiz ildə 22 bankın bağlanması prosesi Azərbaycanda ilk dəfə 2015-ci ilin fevralın 21-də baş verən devalvasiyadan sonraya təsadüf edir. Belə ki, birinci devalvasiyada Mərkəz Bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin edib və devalvasiya 33.8% olub. İkinci devalvasiya isə bundan on ay sonra - 2015-ci ilin dekabrın 21-də baş verib və 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,55 manat səviyyəsində qərarlaşdırılıb.

Son 8 ildə isə ölkəmizdə bağlanan bankların siyahısı belədir:

 

Bağlanma ili

 

Banklar

2015

“Azərbaycan Kredit Bankı” və “Euro Bank”

 

2016

“Atrabank”, “Bank of Azerbaijan”, “Bank Standard”, “Deka Bank”, “Gəncə Bank”, “Kredo Bank”, “Qafqaz İnkişaf Bankı”, “Para Bank”, “Texnika Bank”, “United Kredit Bank” və “Zamin Bank”

 

2017

“Dəmir Bank”

 

2020

“AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank”

 

2022

Pakistan Milli Bankının Bakı filialı

 

2023

"Günay Bank" və "Muğan Bank"

 

 

Qeyd edək ki, hazırda fəaliyyət göstərən bankların siyahısı ilə buradan tanışa olmaq mümkündür.

 

Gözəl Həşimova