Azərbaycan Mərkəzi Bankında (AMB) sahibkarların maliyyə resurslarına çıxış potensialının artırılması müzakirə olunub.

İqtisadiyyat.az AMB-yə istinadən xəbər verir ki, müzakirələr qurumun İdarə Heyətn yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclasında baş tutub.

Görüşdə sahibkarların maliyyə sektoru ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, regionlarda maliyyə inklüzivliyinin gücləndirilməsi və maliyyə məlumatlılığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslər nəzərdən keçirilib.