Somalinin Puntland əyalətinin hərbi tribunalı altı Mərakeş vətəndaşını İŞİD ekstremist qruplaşması ilə əlaqədə olduqlarına görə ölüm cəzasına məhkum edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bosaso şəhərinin hərbi tribunalının sədr müavini Əli Dahir məlumat verib.

"Məhkumlar ölkədə xaos toxumu səpməyə çalışdılar", - Dahir qeyd edib. 

Qeyd edilib ki, məhkəmə həmçinin daha iki nəfəri - Somali və Efiopiya vətəndaşlarını 10 il müddətinə azadlıqdan məhrum edib. İşin təfərrüatları açıqlanmır.

Terrorçular Puntlend ştatında yaxalanıb. İstintaq bir aya yaxın davam edib.