Gənclərin smartfonlarına görə edə bilmədikləri işlərin sırasına cərrahlıq da əlavə olunur.

Fins.az xəbər verir ki, Londondakı İmperial Kollecdə cərrahiyyə elmləri üzrə professor olan Roqer Nibon bu qənaətə gəlib. O deyib ki, ötən 10 il ərzində tələbələrin bacarıqlarının azaldığı müşahidə olunub.

“Bu, mənim və həmkarlarımın narahatlığına səbəb olur. Keçmişdə tələbələrin məktəbi praktiki biliklərlə tərk etdiyini düşünürdün. İndi bizim elə tələbələrimiz var ki, yüksək imtahan nəticələri olsa da, xüsusi biliyi yoxdur”-deyə o bildirib.

Professor deyib ki, smartfonlardan çox istifadə etmək 'kubital tunel' və 'karpal tunel' kimi sindromlar yaradıb.

“Sübut olunub ki, smartfonlarla işləyərkən barmaq və barmaq uclarımızın istifadəsinə tələbin artması beynin daha çox işləməyini təmin edir. Bunun isə çevik tələbələrə ehtiyacı olan cərrahlara heç bir köməyi yoxdur. Nələrisə kəsib düzəltmək bacarığını öyrənmək, tələbələr üçün əllərini işlətmək vərdişləri baxımından faydalıdır”-deyə Nibon vurğulayıb.