Slovakiya parlamenti baş nazir Eduard Heqerin rəhbərlik etdiyi hökumətə etimadsızlıq məsələsi ilə bağlı səsvermə keçirib.

Etimadsızlıq səsverməsini 150 yerlik parlamentdə 78 deputat dəstəkləyib.

İqtisadiyyat.az xəbər verir ki, indi prezident Zuzana Çaputova yeni baş naziri təyin etməli olacaq.

Bildirilib ki, ölkədə növbədənkənar seçkilər istisna edilmir.

Hakim koalisiya 2020-ci ildə hakimiyyətə gəlib. Müxalifət partiyaları hökuməti insanların artan enerji qiymətlərinin öhdəsindən gəlmək üçün çox az iş gördüyünə görə tənqid edir.