"Qərb ölkələri Rusiyanı zəiflətmək üçün Ukraynadan istifadə edir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko özünün "Facebook" səhifəsində videomüraciətində bildirib.

"Qərb Ukraynadan yalnız geosiyasi məqsədlər üçün, Rusiya Federasiyasını iqtisadi və beynəlxalq müstəvidə zəiflətmək məqsədilə istifadə edir", - deyə hökumət başçısı bildirib. 

Onun fikrincə, Ukrayna ölüm tacirlərinin silah şirkətləri üçün "qızıl buzov" rolunu oynayır. "Əlbəttə ki, Qərbdə heç kim belə əxlaqsız məqsədləri olduğunu açıq şəkildə etiraf etmir. Buna görə də yaxşı və şər arasında mübarizəni görürük".