ABŞ-də işgüzar səfərdə olan Slovakiya Prezidenti Zuzana Çaputovanın koronavirus testi müsbət çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TASR" informasiya agentliyi məlumat yayıb.

Pittsburqda olan Çaputova xəstəliyi səbəbindən ABŞ-yə səfərinin son günü - fevralın 4-də iş proqramını ləğv edib. O, fevralın 1-də Kanadadan ABŞ-yə gəlib, daha sonra Kaliforniyaya gedib. Prezident sahibkarlardan ibarət nümayəndə heyətinin rəhbərliyi ilə, xüsusən də “Google” şirkətinin baş ofisində olub.

Çaputova fevralın 5-də Slovakiyaya qayıtmalıdır, o, yaxın günlər üçün iş proqramını ləğv edib.