Dekabrın 26-da Cənubi Koreyanın hava məkanını pozan Şimali Koreyaya məxsus pilotsuz uçuş aparatlarından (PUA) biri də Cənubi Koreya prezidentinin binası yaxınlığındakı uçuşa qadağa zonasına daxil olub.

Adı açıqlanmayan Cənubi Koreya hərbi rəsmisi qeyd edib ki, pilotsuz təyyarə paytaxt Seulda uçuşa qadağan zonanı 3,7 kilometr pozaraq Cənubi Koreya Prezidentliyinin binası yaxınlığından keçib:

“Sözügedən pilotsuz təyyarə şimaldan daxil olub, lakin strateji təhlükəsizlik obyektlərinə yaxınlaşmayıb.”

Xatırladaq ki, Cənubi Koreya 2022-ci ilin dekabrında Şimali Koreyaya məxsus 5 İHA-nın onun hava məkanını pozduğunu və onlardan birinin paytaxt Seula uçduğunu açıqlamışdı.