Şimali Koreyanın ikinci dəfə casus raketi buraxmaq cəhdi uğursuzluqla nəticələnib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bununla bağlı Şimali Koreya Kosmik Agentliyi məlumat yayıb.

Məlumata görə, “Çollima-1” daşıyıcı raketi və “Malliqyonq-1” peyki uçuşun üçüncü mərhələsində fövqəladə partlayış nəticəsində sıradan çıxıb. Şimali Koreyanın Milli Aeronavtika və Kosmosun İnkişafı İdarəsi (NADA) bu uğursuz cəhddən sonra oktyabrda yeni sınaqların keçiriləcəyini bildirib.

Qeyd edək ki, Cənubi Koreya sözügedən raket sınağının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSC) qətnamələrini pozduğunu iddia edib. Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno isə bu təşəbbüsü sülh və sabitliyə təhlükə kimi qiymətləndirib.

Gülşən Şərif