Xəbər verdiyimiz kimi, dünən "Pence-Kilit" əməliyyatı bölgəsində terrorçularla qarşıdurmada Türkiyə ordusunun bir əsgəri şəhid olub. Türkiyə tərəfi hücuma sərt cavab verib. Dünən 6, bu gün isə 2 terrorçunun zərərsizləşdirilməsi ilə ümumi 8 terrorçu zərərsizləşdirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib. 

Milli Müdafiə Nazirliyinin bəyanatında qeyd edilib:

"Qəhrəman yoldaşımızı şəhid edən terrorçulara qarşı əməliyyatlarımız effektiv şəkildə davam edir. Əsgərlərimiz bölgədə daha 2 PKK terrorçusunu zərərsizləşdirib. Bununla da zərərsizləşdirilən terrorçuların sayı 8-ə yüksəlib. Biz şəhidlərimizin qanını yerdə qoymamışıq və qoymayacağıq".