Amerikanın silah şirkəti "Lockheed Martin"in (LM) bu ilin üçüncü rübündə gəliri 1,78% artaraq 16,88 milyard dollar təşkil edib.

Bu barədə İqtisadiyyat.az “Reuters”ə istinadən xəbər verir.

Hesabat dövründə şirkətin mənfəəti bir səhmə görə 6,73 dollara çatıb.

Məlumata görə, qiymətli kağızların bahalaşması oktyabrda İsraillə HƏMAS qruplaşması arasında gedən müharibə fonunda davam edib.

 

Gözəl Həşimova