Bu gün AFFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, toplantıda millinin baş məşqçisi Canni De Byazi ilə yolların ayrılması qərara alınıb.

İclasdan sonra AFFA-nın baş katibi Sərxan Hacıyev jurnalistlərin suallarını cavablandırdı. Qurum rəsmisi yeni məşqçinin yerli, yoxsa əcnəbi olacağı sualına belə cavab verdi:

"Məşqçi təyinatı üçün dəqiq vaxt demək çətindir. Amma yanvara qədər yeni baş məşqçinin təyinatı üçün çalışacağıq. Çünki martda beynəlxalq yoldaşlıq oyunları olacaq. İstəyirik ki, ona qədər məşqçi komandaya uyğunlaşsın. Azərbaycan mentalitetinə, mədəniyyətinə uyğun namizədlər nəzərdən keçiriləcək. Yeni baş məşqçinin yerli olmaq ehtimalı da az deyil.