"İbtidai sinif üzrə 30 061 nəfər müəllimlərin sertifikatlaşdırılması imtahanlarında iştirak ediblər".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri müəllimlərin sertifikatlaşdırılması imtahanlarının nəticələrinə həsr olunan mətbuat konfransında çıxış edən Elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, sertifikatlaşdırma prosesi təhsildə keyfiyyətin artırılması üçün atılan addımlardan biridir:

"Sertifikatlaşdırma prosesi ötən ildən başlayıb və proses 2027-ci ildə sona çatacaq. Bu dövr sertifikatlaşdırma prosesinin birinci mərhələsidir. Qarşıdakı dövrlərdə növbəti mərhələlər olacaq. Bizim məqsədimiz ümumtəhsil müəssisələrində dərs keçən müəllimlərin peşəkar fəaliyyətini təmin etməkdir. Bununla yanaşı, keçmişdə buraxılan səhvlərin qarşısını almaq istəyirik. Çalışmışıq ki, nəzərdə tutduğumuz yenilikləri statistik göstəricilərlə ictimaiyyətin diqqətinə çatdıraq. İbtidai sinif üzrə 30 061 nəfər, Azərbaycan dili və ədəbiyyat üzrə 8268 nəfər müəllimlərin sertifikatlaşdırılması imtahanlarında iştirak ediblər. Bu mərhələdə yalnız 60 yaşından yuxarı müəllimlər birinci ildə iştirak ediblər. İkinci ildə isə onların iştirakı avqust ayında nəzərdə tutulub".

Gülşən Şərif