Serbiyada koronavirusdan ölənlərin sayı 179-a çatıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada 285 yoluxma, 6 ölüm hadisəsi qeydə alınıb. Koronavirusa yoluxanların ümumi sayı 9 009 nəfərdir. 4 479 nəfər xəstəxanaya yerləşdirilib.

Ölkədə koronavirusa yoluxmuş 1 343 pasiyent sağalıb.

Serbiyada hərəkət məhdudiyyəti mayın 4-dək davam edəcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 249 000-i ötüb. Bunların 1 017 982 nəfəri sağalıb, 229 453 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)