Seneqal prezidenti Macky Sall prezident Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə işgüzar səfər edəcək.


İqtisadiyyat.az xəbər verir ki, Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, səfər çərçivəsində Türkiyə ilə Seneqal arasındakı ikitərəfli münasibətlər bütün aspektlərdə nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Danışıqların gündəliyinə ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və qlobal məsələlər daxildir.