Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni avtobus, yük və minik avtomobilləri alır.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Xidməti hazırda nəqliyyat vasitələrini satacaq şirkət axtarır.

Belə ki, alışı nəzərdə tutulan 16 ədəd minik maşınından 5-i yolsuzluq avtomobilidir. Bundan əlavə, 6 tona qədər yük götürməyə malik olan bir ədəd yük avtomobilinin və 12 ədəd 29 nəfərlik sərnişin avtobusunun alınması planlaşdırılır.