Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib. 

"Şəfa" ilə "Şəmkir" komandalarının duelində əsas və əlavə vaxt bərabərliklə başa çatıb - 1:1. Cütün taleyini penaltilər seriyası müəyyənləşdirib. Son zərbələrdə daha dəqiq olan "Şəfa" mərhələ adlayan tərəf olub - 5:3.