Dünyanın ən böyük elektronika istehsalçılarından biri olan Cənubi Koreyanın "Samsung" korporasiyasının mənfəəti bu ilin ikinci yarısında 25 dəfə (96%) azalaraq 460 milyon dollara enib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

Məlumata görə, şirkətin mənfəəti 2009-cu ildən bəri ən aşağı səviyyəyə enib. Hesabat dövründə elektronika istehsalçının gəliri 17,4% azalaraq 48,8 milyard dollar təşkil edib. Şirkətin qazancının azalmasının əsas səbəbi isə yaddaş çiplərinə marağın azalması olub.

Əlavə edək ki, pandemiya başa çatdıqdan sonra çipləri olan anbarlar istehsalçılar üçün problemə çevrilib. Belə ki, həddindən artıq təklif qiymətlərin azalmasına səbəb olur ki, bu da şirkətlərin mənfəətinə zərbə vurur.