“Samsung Electronics” şirkəti “Galaxy Ring” smart üzüyünü buraxmağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Samsung Electronics”in mobil bölməsinin rəhbəri Tae Mun Ro bildirib.

Onun sözlərinə görə, smart üzüklərin bu il bazara çıxarılması gözlənilir. Bu üzüklər hazırlanarkən əsas diqqət istifadəçilərin sağlamlığının monitorinqinə yönəldilib.

Bildirilib ki, bəzi istehlakçılar saat taxmaqdan narahat olduqları üçün üzük faktoruna ehtiyac yaranıb. “Galaxy Ring” uzunmüddətli istifadə üçün daha uyğundur və yaxşı batareya ömrünə malikdir.

Cihaz ildə 365 gün, günün 24 saatı yalnız tibbi göstəricilərin toplanmasına yönəlib.

 

Gözəl Həşimova