I Liqada mübarizə aparan "Şamaxı" yoxlama oyunu keçirib.

İqtisadiyyat.az xəbər verir ki, "şirlər" II Liqa təmsilçisi "Füzuli" ilə qarşılaşıb. Şamaxı şəhər stadionunda keçirilən görüş yerli komandanın böyük hesablı qələbəsiylə başa çatıb - 5:0.

"Şamaxı"nın qollarını Ramin Əhmədov, Elşad Tağıyev, Emin Zamanov, Elçin Qasımov və Roman Hüseynov vurub.

"Şamaxı" I Liqada 12 turdan sonra 22 xalla ikinci sıradadır. "Füzuli" isə II Liqada 14 turdan sonra 29 xalla 4-cü pillədədir