“Şam yeməyini bir yerdə edən və ya əksini edən ailələrin övladları fərqlənir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.

"Şam yeməyini bir yerdə edən və ya əksini edən ailələrin övladlarının oxu, riyaziyyat göstəricilərində fərq var. Bu, çox ciddi psixoloji inkişaf prosesidir. Təhsilin sonda kamil insan yaratmaq məqsədi var və bunun ölçülə bilən meyarları var. İlk faktor erkən yaş inkişafıdır”, deyə anzir qeyd edib.