Azərbaycanın “Qarabağ” komandasından  Yukatel "Adana Dəmirspor"a gələn Şahruddin Məhəmmədəliyev məşqdən əvvəl mətbuat mənsublarının suallarını cavablandırıb.

İqtisadiyyat.az xəbər verir ki, gərgin rəqabətli liqaya gəldiyini vurğulayan azərbaycanlı qolkiper Superliqada sevimli qapıçısının Muslera olduğunu bildirib.

29 yaşlı azərbaycanlı qapıçı Şahruddin Məhəmmədəliyev forma rəqabəti və sevimli qapıçısı ilə bağlı verilən suallara cavab olaraq bunları deyib:

“Ötən il Ertaç çox yaxşı çıxış etdi. Çox yaxşı yarış olacağını deyə bilərəm. Hər gün daha çox çalışacağam və əsas qapıçı olmaq üçün hər şeyi edəcəyəm. Qapıçı olaraq örnək aldığım kumirim yoxdur, amma Musleranı bəyənirəm. Çünki o, çox uzun müddətdir ki, ən yüksək səviyyədə yarışır".