Ümummilli Lider Heydər Əliyevin ölkə şahmatının inkişafındakı xidmətləri ilə bağlı film hazırlanıb.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Bildirilib ki, sənədli film Ulu Öndərin 100 illik yubileyinə həsr olunan silsilə tədbirlər çərçivəsində çəkilib.

“SƏRƏNCAM № 42” adlı filmdə Heydər Əliyevin ölkə şahmatının inkişafında misilsiz xidmətlərindən danışılır.