Şahbuz rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

İqtisadiyyat.az xəbər verir ki, rayonun Ağbulaq kəndinin sakinləri - 1963-cü il təvəllüdlü Mehparə Aslanova, 1988-ci il təvəllüdlü Şəlalə Aslanova və 2011-ci il təvəllüdlü Türkanə Nağıyeva yaşadıqları evdə dəm qazının sızması nəticəsində zəhərləniblər. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri kafidir.

Faktla bağla araşdırma aparılır.