Pakistanın yeni qurulan parlamenti bazar günü Şahbaz Şərifi ikinci dəfə baş nazir seçib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Geo TV" məlumat yayıb. 

Şərifin seçilməsi nəticəsiz ümummilli seçkilərdən sonra koalisiya hökumətinin qurulmasının gecikdirilməsindən üç həftə sonraya təsadüf edir.

72 yaşlı Şərif, Pakistan Müsəlman Liqası-Nəvaz partiyasının (PML-N) seçki kampaniyasına rəhbərlik edən, üç dəfə baş nazir olmuş Navaz Şərifin kiçik qardaşıdır.