Şabranda badam və qoz bağlarının salınması işləri davam etdirilir. Qarşıdakı illərdə rayonda badam bağlarının sahəsi 200, qoz bağları isə 100 hektara çatdırılacaq.

İqtisadiyyat.Az Azərtac-a istinadən bildirir ki, ötən il şabranlı fermerlər badam bağlarından 11,6 ton, qoz bağlarından isə 89,6 ton məhsul toplayıblar.

Hazırda rayonda 83 hektar badam, 88 hektar qoz bağı mövcuddur. Badam bağlarından 6 hektarı, qoz bağlarından isə 49 hektarı barverəndir.

Şabran rayonunun iqlim şəraiti və coğrafi mühiti badam və qoz bağlarının becərilməsi üçün olduqca əlverişlidir. Ötən il rayonda fermerlər tərəfindən 8,8 hektar yeni badam bağı, 15,2 hektar qoz bağı salınıb.

Rayon icra hakimiyyətindən bildirilib ki, Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunları ilə bağlı keçirilmiş konfransdakı nitqində ölkədə kənd təsərrüfatının digər sahələri ilə yanaşı, bağçılıqda badam və qoz bağlarının salınması ilə bağlı tapşırıqlarına uyğun olaraq, yeni bağların salınması mühüm vəzifə kimi qarşıya qoyulub.

2017-2018-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Şabranda 23, Qusarda 10, Beyləqanda 28, Tərtərdə 18, Cəlilabadda 2 və Abşeronda 1 hektar olmaqla, 82 hektar ərazidə badam tingləri əkilib.

Ötən il Şabranda fındıq bağları da daxil olmaqla, 430 hektar sahədə yeni bağlar salınıb. Meyvə bağlarının sahəsi 3 min 118 hektara çatdırılıb. Bu isə 10 il əvvəlki ilə müqayisədə 3 dəfə çoxdur.

2018-ci ildə rayonda 8 min 834 ton meyvə istehsal edilib.

Şabranda badam və qoz bağlarının salınması işləri davam etdirilir. Qarşıdakı illərdə rayonda badam bağlarının sahəsi 200, qoz bağları isə 100 hektara çatdırılacaq.

İqtisadiyyat.az Azərtac-a istinadən bildirir ki, ötən il şabranlı fermerlər badam bağlarından 11,6 ton, qoz bağlarından isə 89,6 ton məhsul toplayıblar.