AFFA İntizam Komitəsi “Sabah”ın baş məşqçisi Murad Musayevi cəzalandırıb.

İqtisadiyyat.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna onun Misli Premyer Liqasının 32-ci turunda “Şamaxı”ya qarşı matçda (1:0) qırmızı vərəqə alması səbəb olub. Rusiyalı mütəxəssis 1 oyun cəzalanıb, klub 800 manat cərimə edilib.

“Sabah”ın məşqçisi Vitali Kovalyov sözügedən görüşdə hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə edilib.