İstanbulda mövsüm normalarının üzərində olan hava istiliyinin sabah təsirini daha da artıracağı, mövsüm normalarından 7-9 dərəcə yuxarı qalxacağı gözlənilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Meteorologiya 1-ci Region Müdirliyinin Proqnoz və Xəbərdarlıq Mərkəzi məlumat yayıb. 

Məlumata görə, qarşıdakı 5 gün ərzində İstanbulda havanın az buludlu və açıq keçəcəyi təxmin edilir.

Sabah İstanbulda havanın temperaturunun mövsüm normalarından 7-9 dərəcə, Marmara bölgəsində isə 8-10 dərəcə yüksək olacağı gözlənilir.