"Sabah" klubu futbolçusunu icarəyə verib.

İqtisadiyyat.az xəbər verir ki, braziliyalı müdafiəçi Hiqor Qabriel Ukraynanın “Lvov” klubuna icarəyə verilib. İcarə müqaviləsinin müddəti 2023-cü il, iyunun 30-na kimidir.

Qeyd edək ki, Qabriel ötən ilin fevral ayından “Sabah”ın üzvüdür. O, cari mövsümün ilk yarısında Belarusun “Dinamo” (Minsk) komandasında icarə əsasında çıxış edib.